"Qüdrətli və zəngin Azərbaycan" İlham Əliyevin fəaliyyətinin təməl prinsipidir
Binəqədi rayonu 157 saylı tam orta məktəbdə 10.02.2016-cı ildə məktəbimizin tarix müəlliməsi Meyransa müəllimə tərəfindən "Qüdrətli və zəngin Azərbaycan" İlham Əliyevin fəaliyyətinin təməl prinsipidir mövzusunda dəyirmi masa keçirilmişdir. Şagirdlər İlham Əliyevin siyasi fəaliyyəti haqqında məlumat verdilər və ölkədə aparılan islahatlar haqqında müzakirələr aparıldı. İlham Əliyevin iqtisadiyyat, təhsil, elm, idman sahəsi ilə bağlı gördüyü geniş miqyaslı işlər haqqında şagirdlər öz fikir və rəylərini bildirdilər. Sonra şagirdlərin çıxışı məktəbin direktoru Gülayə xanım tərəfindən müzakirə olundu.