20 yanvar faciəsi
Binəqədi rayonu 157 saylı məktəbdə 20 yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, ağsaqqalar şurasının nümayəndəsi və məktəb kollektivi iştirak edirdilər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülayə Səttarova 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və mənəvi, psixoloji, sosial nəticələri barədə ətraflı məlumat vermişdir. Tədbir bədii hissə ilə davam etdirilib, şagirdlərin ifasında mahnılar səsləndirilmiş, şeirlər deyilmiş, 5-ci sinif şagirdlərimiz İlham və Fərizə obrazlarını canlandıraraq qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.