"Əli və Nino" əsərinin müzakirəsi
18.04.2018 –ci il tarixdə mütaliə günü ilə bağlı 9 a sinfinin ədəbiyyat sevərləri ilə birlikdə məktəbimizin kitabxanaçıları Hasilova Sevda və Əzimi İlhamə Qurban Səidin “Əli və Nino” əsərinin müzakirəsini təşkil etdilər.1918-20 ci illərdə Azərbaycanda və xüsusən də Bakı şəhərində baş verən siyasi hadisələr fonunda azərbaycanlı oğlu Əli ilə gürcü qızı arasındakı məhəbbət macərası haqqında danışdılar. Əsər barədə öz fikir və mülahizələrini bildirdilər.