31 Mart soyqırım
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 31 mart soyqırım hadisələrinin anım günü ilə əlaqədar məktəbimizdə dəyirmi masa keçirildi. Məktəb rəhbərliyi və müəllimlərin iştirak etdikləri tədbirdə 9b sinif şagirdləri və tarix müəllimi Ağazadə Meyransa soyqırım, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər haqqinda ətraflı məlumat verdilər. Bu hadisəyə aid foto- şəkillər , təqdimatlar, tarixi sənədlər nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru Səttarova Gülayə bu hadisələr haqqinda öz fikir və mülahizələrini tədbir iştirakçılari ilə bölüşdü.