1 Dekabr QİÇS-lə Ümumdünya Mübarizə Günü
Məktəbimizdə "1 Dekabr QİÇS-lə Mübarizə Günü" ilə əlaqədar yuxarı sinif şagirdləri ilə tədbir keçirildi. Tədbir zamanı QİÇS mövzusunda şagirdlərə videoçarxlar təqdim olundu.
Videoçarxların təqdimatından sonra məktəbin həkimi Ceyran Babayeva və tibb bacısı QİÇS virusunun xüsusiyyətləri ilə şagirdləri tanış etdi.