Kimyaçıların və fiziklərin yaradıcılıq müsabiqəsinin məktəbdaxili turu
Bakı şəhər məktəblilərinin fizika və kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə məktəbimizdə "Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqəsi"nin I mərhələsi baş tutdu. Müsabiqədə 9, 10 və 11-ci sinif şagirdləri iştirak edirdi. Növbəti mərhələyə vəsiqə qazanan şagirdlərimizə müvəffəqiyyətlər arzu edirik.