"Kiçik Akademiya" tərəfindən növbəti dəyirmi masa

23.11.2017-ci il tarixdə məktəbimizdə artıq 4 ilə yaxındır ki fəaliyyət göstərən və əsası məktəbin Uşaq Birliyi Təşkilat Rəhbəri Rüstəmova Aysel tərəfindən qoyulan “Kiçik Akademiya” “Təhsil mənim üçün nə ifadə edir?” mövzusu ətrafında dəyirmi masa keçirdi.  İlk olaraq Akademiyanın sədri, 9-cu sinif şagirdi Elvin dinləyiciləri və iştirakçıları salamlayaraq məktəbimizdə yaradılmış “Kiçik Akademiya” nın əsas məqsədinin yuxarı sinif şagirdlərində elmi təfəkkür tərzi və araşdırma vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib. Daha sonra sədr müavini görülmüş işlərlə bağlı hesabatı iştirakçıların diqqətinə çatdırmış, “Kiçik Akademiya” üzvləri qarşılıqlı fikir mübadiləsi aparmağa başlamışlar. Sonda məktəbin direktoru Səttarova Gülayə mövzuyla bağlı dəyərli fikirlərini şagirdlərlə və iştirakçılarla bölüşərək onların hər birinə uğurlar arzulayıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi