"Yaşasın sülh"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust-21 sentyabr tarixlərində Beynəlxalq Sülh günü ilə əlaqədar elan olunmuş "Sülh aylığı" çərçivəsində 20 sentyabr 2017-ci il tarixdə məktəbimizin 4 a ibtidai sinif müəllimi Əliyeva Nəzakət tərəfindən yüksək səviyyəli açıq dərs keçirildi. Şagirdlər tərəfindən Sülhə aid əl işləri, stend, plakatlar və məruzələr hazırlanmışdı.