Son zəng
Bu gün Binəqədi rayonu Famil İsgəndərov adına 157 №-li tam orta məktəbdə "Son zəng" tədbiri keçirilmişdir. 157 № -li tam orta məktəbdə keçirilən tədbirdə məktəb rəhbərliyi, bir sıra qonaqlar, məzunlar və valideynlər iştirak etmişdir. Son zəng tədbiri ilk olaraq Azərbaycan Dövlət himninin səsləndirilməsi və məktəbin direktoru G.Səttarovanın tədbiri açıq elan etməsi ilə başladı. Məktəbin direktoru G.Səttarova öz çıxışında məzunlara öz arzu və istəklərini bildirdi, qonaqları və valideynləri təbrik etdi. Qonaqlar sırasında rayonun tanınmış simaları da iştirak edirdilər. İbtidai sinif şagirdlərimizin də çıxışları yaddaqalan oldu. Daha sonra məzunlar şeirlər söyləyib, mahnılar ifa etdilər.