"Mən Azərbaycan haqqında nə bilirəm"
19 may 2017-ci il tarixdə məktəbimizdə İslam həmrəyliyi ilə bağlı xarici ölkə vətəndaşlarının “Mən Azərbaycan haqqında nə bilirəm” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada 2-ci sinif şagirdlərinin çıxışları dinlənilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd IV İslam Həmrəyliyi Oyunları çərçivəsində şagirdlər arasında Azərbaycanın qədim və tarixi yerləri, abidələri, muzeyləri haqqında geniş məlumat vermək və təbliğ etməkdir. Qeyd edək ki, dəyirmi masa məktəbin ibtidai sinif müəllimləri Səlimova Samirə və Məhərrəmova Nərgizin rəhbərliyi və təşkilatçılığı ilə hazırlanmışdı.