Beynəlxalq Sülh Günü
Bugün məktəbimizdə 21 Sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada direktor müavinləri, məktəbimizin tarix müəlimi Ruslan müəllim və 9-cu sinif şagirdləri iştirak etmişlər. Tarix müəllimi Beynəlxalq Sülh gününün yaranma tarixindən söz açmış, şagirdlərə gərəkli məlumatları çatdırmışdır. Qeyd edək ki, silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh gününün bu ilki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir.