“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi”
25 aprel 2017-ci il tarixdə “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda məktəbimizin biologiya müəllimi Mürsəlova Pəri tərəfindən dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada 5, 7, 9 və ibtidai sinif şagirdləri iştirak etmişlər. Dəyirmi masanın təşkil edilməsində başlıca məqsəd şagirdlərin Azərbaycanımızın müxtəlif təbiətə malik coğrafi yerləri, onlara məxsus flora və faunası haqqında məlumat mübadiləsi idi. Şagirdlər ölkəmizdəki qoruqlar haqqında məlumat verərək Azərbaycanın mühafizə olunan əraziləri (qoruqlar, yasaqlıqlar), bitki və heyvanat aləmi, Qırmızı kitaba salınmış bitki və heyvanlar haqqında hazırladıqları araşdırmalarını təqdim etdilər.