Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü

24 aprel 2017-ci il tarixdə Binəqədi rayonu 157 №li tam orta məktəbdə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilmiş "Açıq dərs" keçirilmişdir. Tarix müəllimi Ağazadə Meyransa və 8-ci sinif şagirdləri Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən, dərslik və elmi işlərindən bəhs etmişlər. Şagirdlərin çıxışlarında bildirilib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alimin adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir. Akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir. Ömrünü tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. Zərifə xanım Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 mono­qrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi