2024/2025-ci tədris ili I yarım ilin yekunlarına dair Pedaqoji Şura iclası keçilirdi.

06 fevral 2025-ci il tarixdə 2024/2025-ci tədris ili I yarım ilin yekunlarına dair Pedaqoji Şuranın iclası keçirilib. İclası açıq elan edən məktəbin direktoru Fatma Əhmədova iclasın gündəliyini məktəbin pedaqoji kollektivinin nəzərinə çatdırıb. İclasda birinci yarım il ərzində siniflər üzrə şagird sayı, yarım il qiymətləndirilməsi nəticələri, böyük summativ qiymətləndirmənin nəticələrinin təhlili, birinci yarım il ərzində dərsə davamiyyət göstəriciləri, psixoloji xidmətin təşkili səviyyəsi, məktəbin təsərrüfat invertarlarının vəziyyəti kimi əhəmiyyətli mövzular geniş formada müzakirə edilmişdir. Məktəbin direktoru Fatma Əhmədova 2024/2025-ci tədris ili birinci yarım il müddətində təşkil edilmiş sinif sayı, şagird kontingenti barədə məlumatla çıxış etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Sevgili Nurəliyeva və Sevinc İsmayılova birinci yarım il çərçivəsində müvafiq siniflər üzrə şagird hərəkəti, demoqrafik vəziyyəti, sinif rəhbərlərinin fəaliyyəti, yekun qiymətləndirmədə qarşılaşılan çətinliklər barədə geniş məruzə ilə çıxış ediblər. Böyük Summativ Qiymətləndirmə nəticələrinin təhlili səsləndirilərək məzmun standartlarının mənimsənilmə səviyyəsi müzakirə olunmuşdur. 2024/2025-ci tədris ili birinci yarım il ərzində şagirdlərin dərsə davamiyyəti barədə uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Aynur Ələsgərova məlumat vermiş o cümlədən gecikmə halları, şagird davranış qaydalarının tətbiq dairəsi nəzərə çatdırılmışdır. Məktəbin psixoloqları Vəfa Şükürova və Nərmin Namazova birinci yarım il ərzində psixoloji xidmətin təşkili, müraciət sayı, görülən işlər, qrup və fərdi görüşlər barədə məlumat veriblər. Bununla yanaşı məktəbin Həmkarlar İttifaqı Təşkilatı sədri Vəfa Şükürova Binəqədi rayon Həmkarlar İttifaqı Təşkilatı tərəfindən təqdim edilən " Müəllimlər üçün psixoloji xidmət" layihəsi haqqında məlumat verib. Layihəyə əsasən müəllimlərin sosial-psixoloji rifahının yüksəldilməsi məqsədilə müəllimlərə təmənnasız şəkildə ödənişsiz formada psixoloji xidmət təqdim ediləcək, psixoloji dəstəyə ehtiyacı olan müəllimlərlə layihə psixoloqları tərəfindən qrup və fərdi qaydada konsultasiya xidmətləri göstəriləcəkdir. Layihə müddətsiz olaraq nəzərdə tutulub müntəzəm şəkildə fəaliyyət göstərəcəkdir.
Təsərrüfat işləri üzrə direktor müavini Adil Həmid birinci yarım il müddətində məktəb invertarlarının texniki vəziyyəti, aparılan təmir xidmətləri haqqında çıxış etmişdir.
Səsləndirilən mövzulara pedaqoji heyətin münasibəti öyrənilmiş, suallar cavablandırılmışdır.