Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar VIII siniflər arasında Brain Ring yarışı keçirilib
20 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə imzalanmış "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı" Tədbirlər Planına uyğun olaraq VIII siniflər arasında Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlərinə aid Brain Ring yarışı keçirilib. Yarış 4 mərhələ olmaqla ümumilikdə 20 sualdan təşkil edildi. Hər mərhələdə şagirdlərə 5 sual təqdim olunub. Hər doğru cavab bir balla qiymətləndirilib. Öyrədici, interaktiv şəkildə təşkil edilən yarış maraqlı və zövqlü anlarla yadda qaldı.