Anım Günü qeyd olundu.

27 sentyabr Anım Günüdür. 2020-ci il 27 sentyabr günu ölkəmizin Zəfər tarixinin başlandığı tarixdir. O tarix ki, hər bir vətəndaşı bir olmağa çağırdı, birləşdirnəyi bacardı. Hər kəsi səfərbər etdi. Ölkənin az yaşlısından, yetkin fərdinə qədər hər birimizi qürurlandıran Şanlı Zəfərin başlandığı gündür bu gün! 44 gün sürən qəhrəmanlıq yolu unudulmaz əzəmətli zəfərlə başa çatdı. 30 illik həsrət sona yetdi, haqq öz yerini tapdı nəhayət! Ali baş komandanın əmriylə müzəffər ordu silahlanaraq Qarabağ torpaqlarına doğru yol aldı, Qarabağ işğaldan azad olundu! 44 gün ərzində unudulmaz anlar, əvəzsiz hisslər yaşadıq. Tarixi ədalətə qovuşduq.

27 sentyabr tarixi həm də Bakı şəhəri Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin 5 Şəhid məzunlarından biri Mayor Qasımov Abbas Rza oğlunun Anım Günüdür. Qasımov Abbasın adını daşıyan 5c sinfi sinif rəhbəri Xanım Qəmərlinin rəhbərliyi ilə 5c sinif şagirdləri, məktəbin pedaqoji və rəhbər heyəti və valideynlərin müşayətilə Şəhidimizin məzarı ziyarət olunmuş, məktəbimiz adından Şəhidin adına hazırlanmış əkili məzarı önünə qoyulmuşdur. Şəhid Qasımov Abbasın valideynləri və ailə üzvlərinin də iştirak etdiyi görüşdə şagirdlər tərəfindən şeirlər təqdim olunmuş, xatirələr danışılmışdır.

Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizə Allahdan rəhmət diləyir, Qazilərimizə isə can sağlığı arzulayırıq.

#AnımGünü #ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #Məktəb157

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi