2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar "Bilik günü" tədbiri keçirildi.

16 sentyabr 2024-cü ildə 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar "Bilik günü" tədbiri keçirildi. Tədbiri məktəbin direktoru Fatma Əhmədova açıq elan etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha sonra gələn qonaqlar, məktəbimizin təcrübəli müəllimləri məktəbliləri salamlayaraq onlara uğurlar arzulayıblar. Tədbirin gedişatında bu günə xüsusi ilə hazırlaşan birincilərə söz verilmiş onlar bu gün üçün hazırladıqları şeirləri təqdim ediblər. Sonda ilk zəng səslənərək birincilər sinif otaqlarına yola salınmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi