SASMO 2024 (Singapore & Asian Schools Math Olympiad) müsabiqəsinin mükafatlandırılması həyata keçirilib.
08 sentyabr 2024-cü il tarixdə SASMO 2024 (Singapore & Asian Schools Math Olympiad) müsabiqəsinin mükafatlandırılması həyata keçirilib.
2006-cı ildə yaradılmış SASMO Asiyada ən böyük riyaziyyat olimpiadalarından biridir. Bu günə qədər SASMO-da 10 000-dən çox məktəbdən 250 000-dən çox iştirakçı iştirak etmişdir.SASMO müsabiqələri tələbələrin düşüncə potensialını genişləndirmək məqsədi daşıyır.
Olimpiadada məktəbimizin 11 nəfər şagirdi uğur qazanmışdır. Onlardan 1 nəfər şagird Əli Səfərli qızıl medal, 2 nəfər Ziya Mahmudlu və Elcan Rzayev gümüş, Sona Əlizadə və Uğur Lətifov isə bürünc medal qazanmışdır. Bununla yanaşı digər 6 nəfər şagirdimiz isə fəxri fərman və iştirakçı sertifikatı ilə təltif olunmuşdur.
Şagirdlərimizi təbrik edir, təhsil həyatında davamlı nəaliyyətlər arzulayırıq.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #məktəb157 #SASMO2024