2023/2024-cü tədris ili üzrə XI sinif məzunlarımızın Ali təhsil müəssisələrinə qəbul göstəriciləri.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən abituriyentlərin Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb. Qeyd edək ki, 2023/2024-cü tədris ilimdə XI siniflər üzrə 110 nəfər şagird təhsil alırdı. Bu il Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müsabiqədə iştirak edərək 71 nəfər məzunumuz tələbə adını qazanmışdır. 2023/2024-cü tədris ili üzrə detallı məlumat aşağıdakı cədvəldə qeyd olunmuşdur. Sevindirici haldır ki, ildən-ildə nəaliyyət faizi yüksələn məktəbimizin 2022/2023-cü tədris ili ilə müqayisədə cari tədris ilində məzunlarının Ali təhsil müəssisələrinə qəbul göstəricilərində fərq var. Belə ki, 2023/2024-cü tədris ilində Ali təhsil müəssisələrinə qəbul olan məzunlarımızın sayı ötən illə müqayisədə daha yüksəkdir. Göstəricilər detallı və müqayisəli şəkildə şəkildə aşağıda qeyd edilmişdir.

Tələbə adını qazanan bütün məzunlarımızı təbrik edir, təhsil həyatında uğurlar diləyirik.

Bu yolda nəticə əldə etməyən məzunlarımızı üzülməməyə çağırır, növbəti illərdə daha yaxşı nəticələr qazanacaqlarına inandığımızı bilidririk. Unutmayın ki, hər göstərici uğurlu olub-olmasından aslı olmayaraq insan həyatında bir şansdır,, əzm və səbrlə yola davam etmək lazım!

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #məktəb157 #Tələbəqəbulu2023/2024

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi