Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırıldı.

İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Sevindiricidir ki, qaliblər arasında Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin şagirdi də var. Belə ki, məktəbin IXç sinif şagirdi Vəliyev Həsən Ramil oğlu Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə uğur qazanaraq olimpiadanın qızıl medalına layiq görülüb. Şagirdimizi təbrik edir, ona təhsil həyatında davamlı nailiyyətlər qazanmağı arzulayırıq.

#ElmVəTəhsilNazirliyi #EduAz #RFO #Mükafatlandırma

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi