2023/2024-cü tədris ilinin yekunları ilə bağlı Pedaqoji Şura iclası keçirildi.

25 iyun 2024-cü il tarixdə Pedaqoji Şura-nın tədris ilinin yekunları ilə bağlı hesabat iclası keçirildi. İclası məktəbin direktoru Fatma Əhmədova açıq elan etdi. Fatma Əhmədova ilk olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqlərin təhlilinə diqqət çəkərək ötən illərlə müqayisədə göstəriciləri nəzərə çatdırdı. Buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər, fərqlənmə attestatı alacaq şagirdlər barədə məlumat verildi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Sevgili Nurəliyeva və Sevinc İsmayılova 2023/2024-cü tədris ilində şagird nailiyyətləri, keyfiyyət göstəriciləri barədə geniş məlumat verdilər. Məktəbdaxili qiymətləndirmə, böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Formativ qiymətləndirmənin təşkili qaydası, şagird nəaliyyətinin inkişaf dinamikasından danışarkən qiymətləndirmə prosesinin əhəmiyyəti barədə məlumat verildi.Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Aynur Ələsgərova 2023/2024-cü tədris ili II yarım il ərzində təşkil edilən tədbirlər, şagird davamiyyəti, gecikmələrin statistikası haqqında danışdı. Məktəbin psixoloqları Vəfa Şükürova və Nərmin Namazova II yarım il ərzində məktəbdə aparılan psixoloji iş, risk qrupuna daxil olan şagirdlərlə işin təşkili, maariflənmə işinin aparılması barədə məruzə ilə çıxış etdilər. Təsərrüfat işləri üzrə direktor müavini Adil Həmidov məktəbin maddi-texniki bazası, invertizasiya barədə danışaraq şagird-müəllim əməkdaşlığı ilə məktəbin maddi-texniki bazanın mühafizəsinin əhəmiyyətindən danışdı.

Kitabxana müdiri Sevda Hasilova kitabxananın texniki vəziyyəti, dərsliklər və şagirdlərin asudə vaxtının səmərəli keçirmələri üçün bədii ədəbiyyat nümunələri barədə məlumat verdi. Cari tədris ilində şagirdlərin kitabxanadan istifadə statistikası barədə məruzə etdi.

İclasda təlim-tərbiyə istiqamətində II yarım ildə görülən işlərlə yanaşı bu il yubiley yaşını qeyd edən məktəbin riyaziyyat müəllimi Elşən Talıbov Həmkarlar İttifaqı tərəfindən, 65 yaşına çataraq təqaüdə çıxan məktəbin riyaziyyat müəllimi Maya Əhmədova riyaziyyat metodbirləşməsi tərəfindən təbrik edilib.

2023/2024-cü tədris ilini yekunlaşdıraraq əmək məzuniyyətinə yollanan pedaqoji heyətə sağlam və mənalı istirahət arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi