PİSA-2025 Beynəlxalq Qiymətləndirmənin məktəb tərəfindən sınaq mərhələsi təşkil edildi.

PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.

Ölkəmiz 2025-ci ildə PİSA Beynəlxalq Şagird Qiymətləndirməsində iştirak edəcək. Əsas qiymətləndirməyə hazırlıq məqsədilə məktəb tərəfindən sınaq xarakterli imtahan təşkil edilmiş, təyin olunmuş şagirdlər sınaqda iştirak etmişlər. Proses məktəbin direktoru Fatma Əhmədova və direktor müavini Sevgili Nurəliyeva tərəfindən izlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi