"Xocalısız 25 il"
Xocalı soyqırımının 25-ci ildönümünün qeyd edilməsinə aid tədbirlər planına əsasən məktəbimizdə silsilə tədbirlər keçirilmişdir. 24.02.2017-ci il tarixdə ilk dərslər Xocalı soyqırımına həsr edilmişdir. Məktəbimizdə də Xocalı faciəsinin ildönümü anılmış, tədbir hazırlanmışdır. Tədbir başlamazdan əvvəl məktəbin foyesində təşkil olunmuş Xocalı ilə bağlı sərgiyə baxış keçirildi. Faciə ilə bağlı siniflər üzrə şagirdlərin hazırladığı divar qəzetləri də tədbirə gələnlərin diqqətini özünə cəlb etdi. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Xocalı faciəsi zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edildi.İlk olaraq, məktəbin direktoru Səttarova Gülayə çıxış edərək Xocalı faciəsindən geniş və ətraflı söhbət açdı. Daha sonra 5-ci sinif şagirdlərinin hazırladıqları kompozisiya əks olunub: Şagirdlərimiz Xocalı faciəsini kompozisiyada yaşaya-yaşaya tədbir iştirakçılarına həmin gecənin qanlı dəqiqələrini yaşatmağa məharətlə nail oldular.