"İmtahan həyəcanını necə aradan qaldırmaq olar?" mövzusunda psixoloji təlim keçirildi.

7 aprel tarixində IX sinifdə təhsil alan şagirdlərimiz buraxılış imtahanında iştirak edəcəklər. Bu məqsədlə məktəbin psixoloqları tərəfindən müntəzəm olaraq imtahan həyəcanı mövzusunda silsiləvi söhbətlər həyata keçirilir. Müvafiq istiqamət üzrə növbəti görüş məktəbin psixoloqu Vəfa Şükürova tərəfindən təşkil edildi. "İmtahan həyəcanını necə aradan qaldırmaq olar?" mövzusunda keçirilən təlimdə şagirdlərə imtahan həyəcanı ilə mübarizə vasitələri haqqında geniş məlumat verildi. İmtahan həyəcanı barədə danışan psixoloq, məsələyə fərdi yanaşmanın aktuallığına toxunaraq şagirdlər arasında həyəcan ilə necə mübarizə aparamaları haqqında şifahi sorğu həyata keçirdi. Sorğuda müxtəlif versiyalar səsləndi. Sonda şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi