Novruz Bayramı təntənəsi qeyd edildi.
Novruz bayramı ilə əlaqədar təntənəli "Xonça" festivalı keçirilmişdir. Festivalın məqsədi şagirdlərdə Novruz ənənələrini yaşatmaq, atributların rəmzi mənalarını şagirdlərə çatdırmaqdan ibarətdir. Festival çərçivəsində hər sinif öz guşəsində Novruz Bayramının ən vacib atributlarının yer aldığı xonçalarla təmsil olunurdu. Pedaqoji və şagird, valideyn kollektivinin maraqla və zövqlə iştirak etdiyi festivalda sonda siniflər tərəfindən təqdim edilən xonçalar siniflərə qaytarılaraq şagirdlərə sinif otaqlarında bayramı qeyd etmələri üçün şərait yaradıldı.
Bahar bayramın mübarək, Azərbaycan! Birlikdə qeyd edəcəyimiz sağlam və bərəkətli bayramların sayı çox olsun!