Pedaqoji Şura iclası keçirildi

2023/2024-cü tədris ili I yarım il yekunlarına dair Pedaqoji Şura iclası keçirildi.

İclas Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. Açılış nitqində söz alan məktəbin direktoru Fatma Əhmədova iclasın gündəliyini pedaqoji heyətin nəzərinə çatdırdı. İclasda ilk olaraq məktəbin yeni Həmkarlar Birliyinin sədri və tərkibinin təsdiq edilməsi həyata keçirildi. Bu istiqamətdə ilk öncə məktəbin Həmkarlar Birliyinin sədri Vəfa Şükürova tərəfindən məktəb üzrə Həmkarlar Birliyinin fəaliyyətinə dair hesabat təqdim edildi. Pedaqoji heyətin səs verməsi ilə məktəbin Həmkarlar Birliyinin sədri və heyəti təsdiq olundu.

Məktəbin direktoru Fatma Əhmədova I yarım il məktəbin təlim-tərbiyə istiqamətində görülmüş işlərdən məlumat verdi.Məktəb-valideyn münasibətlərinə geniş yer verilən iclasda "Ümumi təhsil muəssisələrində şagird davranış qaydaları", Müəllimlərin etik davranış qaydaları səsləndirilərək geniş müzakirə edildi. Müzakirədən sonra "Müəllimlərin etik davranış qaydaları" yazılı şəkildə də pedaqoji heyətə təqdim edildi. Müəllimlər qaydaları oxuduqdan sonra öz imzaları ilə təsdiq etdilər. Bununla yanaşı iclasda 23 oktyabr 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsilin Keyfiyyətinə nəzarət sektoru tərəfindən keçirilən monitorinqin nəticələri təhlil olundu.

Direktor müavinləri Sevgili Nurəliyeva və Sevinc İsmayılova I yarım il yekunlarına dair geniş təqdimatla çıxış etdilər. Uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Aynur Ələsgərova şagird davranış qaydaları, məktəbli forması, şagirdlərin təhlükəsizliyi, davamiyyət kimi əhəmiyyətli mövzulardan məlumat verdi.

Hərbi rəhbər ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsindən danışdı. Məktəbin texniki imkanları, təhlükəsizlik qaydaları haqqında məlumat verən təsərrüfat işləri üzrə direktor müavini Adil Həmid invertarların qorunması, təminatının təhsil prosesinin əsas tərkib hissəsi olmasını qeyd etdi.

İclas müəllimlərin sual və təkliflərinin dinlənilməsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi