Reproduktiv sağlamlıq mövzusunda görüş keçirilib
Reproduktiv sağlamlıq istiqamətində tərtib olunmuş Tədbirlər Planına müvafiq olaraq məktəbin psixoloqları tərəfindən valideynlərlə görüş keçirilib. Görüşdə reproduktiv sağlamlıq mövzusunda şagirdlərin yaş və inkişaf xüsusiyyətləri haqqında geniş məlumat təqdim edildi. Bu istiqamətdə baş verən maneələr müzakirə edildi. Müzakirə xarakterli görüş valideynlərin suallarının cavablandırılması və psixoloqlar tərəfindən müvafiq tövsiyələrin verilməsi ilə başa çatdı.