Yeniləşən məktəb layihəsi
Məktəbimiz yeni dövrə qədəm qoymağa hazırlaşır.
6 oktyabr 2023-cü ildə məktəb rəhbərliyinin təşəbbüsü ilə fənn metdibirləşmə sədrlərinin iclası keçirildi. İclasın keçirilməsində məqsəd ötən günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni "Yeniləşən məktəb" adlı pilot layihəsinin təqdim etməsi olub. Bakı məktəbləri arasından seçilən 20 məktəbdə tədbiq olunacaq layihənin məqsədi ümumi təhsil müəssisələrini yeni dövrün çağırışlarına uyğunlaşdırmaqla milli özünüinkişaf modelini yaratmaqdır. Sevindirici tərəf layihənin tətbiq olunacağı 20 məktəbin arasında bizim məktəbin də yer almasıdır.
İclası açıq elan edən məktəbin direktoru Fatma İbrahimova çıxışında layihənin sağlam rəqabətə əsaslanan inkişaf mexanizmlərin qurulması, korporativ mədəniyyətin formalaşmasına dəstək vermək, təhsil işçilərinin peşə intizamı, şagird nizam-intizamını təmin etmək kimi məqsədlərindən məlumat verib. Direktor müavinləri layihənin icrasında məktəb komandasının birgə fəaliyyətinin əhəmiyyətli olması barədə qeydlər etdilər. Bu istiqamətdə fənn metodbirləşmələrinin işinin yaxşılaşdırılması müzakirə edildi. Hərbi rəhbər ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov layihənin əsas istiqamətlərindən biri olan sağlam-təhlükəsız mühitin təmin ollunmasının xüsusi tərəflərindən danışdı.
Sonda metodbirləşmə sədrlərinin mülahizə və təklifləri eşidildi.