XI sinifdə təhsil alan şagirdlərin valideynləri ilə iclaslar təşkil edilir.
Şagird davamiýyətinin yaxşılaşdırılması istiqamətində 2023/2024-cü tədris ilində icrası nəzərdə tutulan bir sıra mühüm məsələlər vardır. Onlardan ən öndə dayanan məsələ yuxarı sinif şagirdlərinin dərsə davamiyyət göstəricilərini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə ilk görüş hissəli şəkildə XI sinif valideynləri ilə təşkil edildi. İclasda məktəbin direktoru Fatma İbrahimova şagird davranış qaydalarından ətraflı danışaraq şagirdlərin davamiyyətinin onların təhsil həyatında əhəmiyyətindən məlumat verdi. Davamiyyəti aşağı olan şagirdlər barədə görüləcək işlər müzakirə olundu. Valideyn-məktəb əməkdaşlığının yaxşılaşdırması istiqamətində valideynlərin təklif və iradları dinlənildi.