44 günlük Vətən Müharibəsi, tarixi Zəfər
Tədbirlər Planına müvafiq olaraq Anım Günü həftəsində yuxarı sinif şagirdlərində vətənpərvərlik duyğularının yüksəldilməsi istiqamətində " 44 günlük Vətən müharibəsi,tarixi zəfər" adlı interaktiv dərs təşkil edildi. Dərs Vətən müharibəsində Şəhid olmuş qəhrəmanlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tarix müəllimi Aybəniz Əliyevanın təqdimatında həyata keçirilən dərs zamanı şagirdlərə Vətən müharibəsindən ətraflı bəhs edən nümayiş göstərildi. Nümayişdə Vətən müharibəsinin tarixi, başlanğıcı, qəhramanları, tarixi qələbə ətraflı şəkildə öz əksini tapmışdır. Azərbaycan əsgərinin şucaəti, qəhrəmanlığı, vətən sevgisindən bəhs edən kadrlar şagirdlərlə müzakirə edildi. Dərs şagirdlərin aktiv iştiraki ilə keçirilirdi. Onların fikirləri, münasibəti, araşdırmaları dinlənildi.