Anım Günü qeyd edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 əmri ilə təsdiq olunmuş " 27 sentyabr Anım Günü, 8 noyabr Zəfər Günü" Tədbirlər Planına əsasən bu gün məktəbimizdə Anım Günü milli qürur hissi ilə qeyd edildi. Günün qəhrəmanları yad edilərək məktəbimizdə yaradılmış Şəhidlər guşəsinə şagirdlərimiz tərəfindən qərənfillər düzüldü.
Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin məzunları arasında Vətən müharibəsində iştirak etmiş qəhrəmancasına döyüşərək Şəhid olmuş igidlərimiz var. Belə ki, beş nəfər məzun: Qasımov Abbas, Kərimli İsmayıl, Heydərov Rafiq, Abbasbəyli Həmid və Ələkbərov Əli 44 günlük Vətən müharibəsində iştirak edərək boyük şücaət göstərmiş qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Bu gün həm də onlardan biri bizim fəxrimiz olan Şəhid mayor Qasımov Abbasın Anım Günü idi. Bu münasibətlə Şəhidimizin adını böyük qürurla daşıdığı 4c sinfi sinif rəhbəri Zinhar Göyüşovanın təşkilatçılığı ilə 4c sinfi və məktəb nümayəndəliyi Şəhidin dəfn olunduğu II Fəxri Xiyabanda ziyarətdə oldu. Ziyarət zamanı şəhidin məzarı önünə məktəbimiz adından əkili qoyulmuş şagirdlər tərəfindən şeirlər səsləndirilmişdir. Fəxri Xiyabanda digər şəhidlərimizin də məzarı ziyarət olunaraq,şagirdlərə Xiyaban haqqında, qəhrəmanlıq barədə geniş məlumat verilmişdir.
Vətən uğrunda hüququndan keçən qəhrəmanlıq adıni alan bütün Şəhidlərimizə Allah Rəhmət Eləsin. Biz Sizinlə qürur duyuruq! #QarabağAzərbaycandır!