2023/2024-cü tədris ili Valideyn iclaslarına start verildi.

18 sentyabr 2023-cü il tarixdə məktəb rəhbərliyinin İbtidai siniflərdə valideyn komitəsi sədrlərinin iştirakı ilə valideyn iclası həyata keçirildi. İclasın əsas mövzusu kimi valideyn-məktəb əməkdaşlığı, təlim-tərbiyə prosesinin təşkilində valideynlərin öhdəliyi barədə geniş müzakirələr aparıldı. İclası məktəbin direktoru Fatma İbrahimova açıq elan edərək valideyn rolundan, öhdəliklərindən məlumat verdi. Valideynlərin təklifləri, şagirdlərin təhsil həyatında üzləşdikləri çətinliklər dinlənildi. İbtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Sevgili Nurəliyeva öz çıxışında valideynlərin şagirdlər üzərində məsuliyyəti, təlim-tərbiyə prosesinə təsir istiqamətlərinə yer verərək valideynləri şagirdlərin təlim həyatında daha həssas olmağa çağırdı. İclasda həmçinin valideynlər tərəfindən məktəbə sağlam münasibət bəsləmək, təlim-tərbiyə proseslərindən kənar məsələlərə vaxt və yer verməmək kimi zəruri məhdudiyyətlər müzakirə edildi. Sonda valideynlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi