Ekologiya və İqtisadiyyat

“Ekologiya və İqtisadiyyat” mövzusunda məktəbimizdə 25.01.2017-ci il tarixdə məktəbimizin coğrafiya müəllimləri Əliyeva Xanımana və Abdullayeva Natəvan tərəfindən “ Ekologiya aylığı” çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru, direktor müavinləri, kollektivi və şagirdlər iştirak edirdilər. İlk olaraq coğrafiya müəllimi Əliyeva Xanımana mövzu ilə bağlı məlumat verdi, daha sonra şagirdlər bir neçə layihə ilə çıxış etdilər. Layihələr “Meşələrin məhv edilməsi və yaşıllıqların qırılması”, “Atmosfer havasının çirklənməsi və qlobal istiləşmənin yaranması”, “Bitki və heyvanların məhv edilməsi”, “Təbii fəlakətlərin artması” mövzularını əhatə edirdi. Şagirdlər suyun və torpağın çirklənməsi və bu problemlərin aradan qaldırılması yollarını müzakirə etdilər. Mövzular üzrə slaydlar təqdim olundu. Nəticədə, şagirdlər təbiəti qorumağın düzgün yolları, təbiətdən səmərəli istifadə və həyat keyfiyyətini yüksəltmək yolları ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi