2023/2024-cü tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirildi.
13 sentyabr 2023-cü ildə 2023/2024-cü tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirildi. İclas məktəbin direktoru İbrahimova Fatma tərəfindən gündəlikdə dayanan məsələlərin səsləndirilməsi ilə açıq elan edildi. Məktəbin direktoru çıxışında 2022/2023-cü tədris ilində IX və XI siniflərin buraxılış nəticələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən monitorinqlərin müqayisəli təhlilinə yer verdi. Növbəti tədris ilində qarşıda dayanan məqsədlər səsləndirildi.
Məktəbin ibtidai siniflər və yuxarı siniflər rus bölməsi üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Nurəliyeva Sevgili 2023/2024-cü tədris ilində şagird kontingenti, sinif komplekləşməsi haqqında məlumat verdi. Sinif jurnallarının yazılma qaydası, müşahidə olunan çətinliklər barədə məruzə təqdim edildi.
Azərbaycan bölməsi V-XI siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılova Sevinc qiymətləndirmə qaydalarına toxunaraq qiymətləndirmə prosesində müəllimlər tərəfindən qarşılanan səhvlər müzakirə olundu. Formativ qiymətləndirmənin aparılma qaydası haqqında geniş məlumat təqdim edildi.
İclasda həmçinin yeni tədris ilində məktəbli formasının zəruriliyi, şagird davamiýyətinin yüksəldilməsinin yolları, şagirdlərin kitablarla təmin olunması kimi əhəmiyyətli mövzular müzakirə olundu.