2022/2023-cü tədris ilində məzunlarımızın göstəriciləri

2022/2023-cü tədris ili üzrə məzunlarımızın ali məktəblərə qəbul göstəricilərinin bir hissəsini sizinlə paylaşırıq.

2022/2023-cü tədris ilində 90 nəfər şagird məzun olmuşdur. Onların əksəriyyəti tələbə adını qazanmışdır. Tələbələrin arasında beynəlxalq universitetlərə qəbul olan məzunlarımızın olması bizi qürurlandırır.

Ali məktəblərə qəbul olan məzunlarımızı ürəkdən təbrik edir, onlara yeni naliyyətlər arzulayırıq. Tələbə adını qazana bilməyən məzunlarımızı üzülməməyə, yenidən hazırlaşaraq qarşıya məqsəd qoyaraq daha yaxşı nəticə qazanmağa çağırırıq.

Unutmayın ki, heç nə üçün heç vaxt gec deyil.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi