Son zəng tədbiri keçirildi

14 iyun 2023-cü il tarixdə Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə Son zəng tədbiri təşkil edildi. Bu il məktəbimizdə 4 XI sinif, 90 nəfər şagird məzun sevincini yaşadı.

Şagırdlərimiz maraqlı və yaddaqalan proqramla çıxış etdilər. Həm təbrik etdilər, həm oynadılar həm də kövrəldilər.

Tədbirin gedişində məktəbin direktoru Fatma İbrahimova tərəfindən bu il buraxilış imtahanında yüksək nəticə toplamış IX və XI sinif şagirdləri diplomlarla təltif olundu.

Sonda birincilərimiz tərəfindən son zəng səsləndi və təhsil açarı XI siniflərdən birincilərə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi