Mülki müdafiə tədbirləri keçirildi

18 aprel 2023-cü il tarixdə məktəb təhlükəsizliyinin təmin edilməsi, şagirdlərin mülki müdafiə istiqamətində biliklərinin praktik olaraq tədbiq edilməsi məqsədi ilə tədbir həyata keçirilmişdir. Tədbir məktəbimizin Mülki müdafiə komandası tərəfindən hazırlanmışdır. Məktəbimizin Mülki müdafiə üzrə Qərərgah rəisi direktor müavini Nurəliyeva Sevgili müəllim tərəfindən açıq elan edilən tədbir bütün məktəb heyəti tərəfindən maraqla qarşılandı. Tədbirdə şagirdlər tərəfindən Mülki müdafiə xdməti üzrə fəalliyət göstərən manqaların fəaliyyətini əks etdirən nümunələr təqdim olundu. Kəşfiyyat manqası, rabitə xidməti manqası, yanğınsöndürmə, tibb xidmət manqasının fəaliyyətini praktik surətdə görməyə imkan verən səhnəciklər göstərildi. Səhnəciklərin təqdim olunması, şagirdlərin hazırlanması hərbi rəhbər ehtiyatda olan polkovnik-leytenant Sadıqov Muraz müəllimin müşayəti ilə həyata keçirilirdi. Özündə əyani vəsaitləri, xilas yolları və üsullarını əks etdirən tədbir şagirdlərin eyni zamanda nəzəri maarifləndirilməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi