"Şahin" hərbi-idman yarışında qələbəmiz

14.04.2023-cü il tarixdə Binəqədi rayonu üzrə 33 məktəbin, 500 nəfərə yaxın şagirdin cəlb olunduğu " Şahin" hərbi-idman yarışında Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Sadıqov Muraz müəllimin rəhbərlik etdiyi 14 nəfərdən ibarət "Kəşfiyyatçılar" komandası I yer qazandı. Şagirdlərimizin ruh yüksəkliyi və peşəkarlıqla hazırlanmasında əvəzsiz xidməti, böyük zəhməti olan hərbi rəhbər Sadıqov Muraz, fiziki tərbiyə müəllimləri Həsənov Samir, Abdülkərimova Mehriban müəllimlər olmaqla məktəbin rəhbərliyi Fatma xanım İbrahimovaya və direktor müavinləri eləcə də bütün məktəb heyətinə təşəkkür edirik.

Şagirdlərimizə təhsil sahəsində, idman, hərbi, mədəniyyət bir sözlə bütün fəaliyyət sahələrində uğurlu iştirak və nəaliyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi