Şahmat oyunu təşkil edilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-124 F/2023 nömrəli əmri ilə təsdiq olunmuş " İdmansevərlər" layihəsinin həyata keçirilməsi məqsədi ilə tərtib olunan " Tədbirlər Planı"nına əsasən fiziki tərbiyə müəllimi Məmmədova Səidə tərəfindən məktəbin qarışıq olaraq 5c, 5b,6d, 6b, 6e, 6ç 7a, 7b, 7ç sinif şagirdlərinin iştirakı ilə şahmat oyunu keçirilmişdir. Oyunda şagirdlər həyəcan və maraqla iştirak etdilər. Yarışın əvvəlində şagirdlərə Səidə müəllim tərəfindən oyun haqqında nəzəri məlumatlar verildi. Şahmatın ölkəmizdəki yerinə nəzər yetirildi. Daha sonra şagirdlər oyuna başladı. Sonda şagirdlər arasında oyunun nəticələrinə əsasən I, II, III yerlər müəyyənləşdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi