Aprel döyüşləri yad edildi

"Aprel döyüşləri tarixi zəfərin başlanğıcı" adlı açıq dərs keçirildi.

Məktəbimizdə şagirdlərin vətənpərvər ruhda böyüdülməsi istiqamətində gənc pedaqoji kadrların aktiv fəaliyyəti müşahidə olunmaqdadır. Vətən sevgisi, tarixi gerçəklərin təqdim olunması, qəhrəmanlıq, əqidə sevgisinin təbliği məqsədi ilə təşkil edilən nümunəvi dərslərin sırasına biri də əlavə olundu. 4 aprel 2023-cü il tarixində tarix müəllimi keçilən hər mövzunun yadda qalan və müasir təlim metodları ilə təqdim edən Məmmədova Aygün tərəfindən 5b sinif şagirdləri ilə bərabər açıq dərs keçirildi. Dərsdə aprel döyüşlərinin tarixindən, qəhrəmanlarından bəhs edən nümayiş təqdim edildi. Şagirdlərin böyük həyəcan və qürur hissi ilə dərsdə iştirakı diqqətdən yayınmadı. Aygün müəllimənin təqdimatı ilə yanaşı şagirdlərin də aprel döyüşləri Qəhrəmanları haqqında topladıqları məlumatlar dinlənildi. 44 günlük tarixi Zəfərin təməlində dayanan aprel döyüşləri xatırlanaraq şagirdlərin maariflənməsinə nail olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi