Şagirdlərdə ana və atayla qurulan münasibətlərin onların təlim nəticələri arasında əlaqələrin öyrənilməsi məqsədi ilə tədqiqat keçirildi

Şagirdlərin ana və ataya münasibəti ilə intellektual inkişafı arasında əlaqələrə baxmaq üçün 29 mart 2023-cü il tarixində VIII siniflər arasında tədqiqat həyata keçirilmişdir. Tədqiqat sualları 2 hissəli tapşırıqlardan ibarət idi. Birinci hissədə şagirdlərə 5 verbal, 5 riyazi məntiq nümunəsi olmaqla 10 məntiqi tapşırıq təqdim olunmişdur. İkinci hissədə isə ana və atayla qurulan münasibətləri öyrənmək üçün 40 vəziyyətdən ibarət siyahı təqdim edilmiş, şagirdlər bu vəziyyətləri " heç vaxt, nadirən, bəzən, tez-tez, daima" cavablarından birini verməklə cavablandırmalı idilər.

Sorğunun nəticələri hesablanıb təhlil olunarkən ana və atayla qurulan müsbət münasibətlər zamanı şagirdlərin məntiqi suallara verdikləri doğru cavabların sayı ilə valideynlərlə şagirdlər arasında qurulan neqativ münasibətlərdə şagirdlərin məntiqi hissədə təqdim etdikləri doğru cavabların sayı müqayisə olunacaq. Nəticədə valideynlərlə qurulan münasibətin şagirdlərin intellektual inkişaf sahəsindəki yerinə diqqət yetirilərək əldə olunan göstəricilər pedaqoji heyət, şagirdlər və valideynlərlə müzakirə ediləcəkdir. Tədqiqatın məqsədi valideynlər ilə müsbət münasibət qurmağın təlim nəticələrinə əhəmiyyətli təsirini üzə çıxarmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi