Mülki Müdafiə günü qeyd olundu

1 Mart- Ümumdünya Mülki Müdafiə günüdür.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur.

Məktəbimizdə " Ümumdünya Mülki Müdafiə günü" münasibəti ilə təsdiq olunmuş plan əsasında tədbir keçirildi. Tədbirə Fövqaladə hadisələr zamanı həyəcan siqnalı verilməsi ilə başlanıldı.

Məktəbin direktoru Fatma İbrahimova xanım mülki müdafiə qərərgahının şəxsi heyətinin fəaliyyətini müşahidə edəndən sonra müəllim, şagird və texniki heyəti məlumatlandıraraq onları təbrik etdi. Tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Plana uyğun olaraq siniflərdə açıq dərslər keçirildi. Fərdi mühafizə vasitələrdən istifadə qaydaları bir daha praktiki olaraq nümayiş olundu.

Kəşfiyyat manqasının yanğın söndürmək xilasedici və tibbi heyətin fövqaladə hadisələr zamanı fəaliyyət üzrə bilik və əməli vərdişlərinin artırılması praktik olaraq icra olundu.

Tədbirin keçirilməsində əsas məqsəd müəllim və şagird kollektivinin vətənə, dövlətimizə məhbbət, öz vətəndaşlıq borcunun yerinə yetirilməsinə daim hazır olmaq üçün yüksək mənəvi-psixoloji keyfiyyətlərini inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi