Xocalı faciəsinin 31-ci ildönümü qeyd olundu.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş " Xocalı soyqrımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən məktəbimizdə tarix müəllimi Ağayeva Məleykə müəllimin təqdimatında " Xocalı faciəsi- əsrin dəhşəti" adlı dərs təşkil olunmuşdur. Dərs məktəbin müxtəlif yaş qrupundan ibarət şagirdlərinə silsiləvi şəkildə təqdim olundu. Təqdimatda Xocalı şəhəri haqqında: ərazisi, əhalisi, tarixi barədə geniş məlumat verildi. Xocalı şəhərinin Azərbaycan Respublikası üçün strateji əhəmiyyətindən danışıldı. Xocalı faciəsinin tarixi, səbəbi və səbəbkarları araşdırıldı qəhrəmanları yada salındı. Dərs şagirdlərin Xocalı faciəsi haqqında təəssürlatların, fikirlərin səsləndirilməsi ilə başa çatdı. Xocalı soyqrımından 31 il ötməsinə baxmayaraq biz hər il bu tarixi iztirab hissi ilə yad edir, övladlarımızı bu tarixi dəhşəti unutmamağa çağırırıq. Xocalı şəhərində o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəmanlarımıza Allahdan Rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi