Multikulturalizm
28.12.2016-cı ildə məktəbimizdə Multikulturalizm ili çərçivəsində "Tolerantlıq, multikulturalizm, həmrəylik" adlı tədbir keçirilib. Direktor, müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənilmişdir. Məktəbin direktoru Səttarova Gülayə tədbiri açıq elan edərək öz çıxışında Azərbaycanın müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanındığını, ölkəmizdə tolerantlıq prinsiplərinə əsaslanan siyasətin aparıldığını qeyd etmişdir. Sonra məktəblilər müxtəlif dillərdə şeirlər söyləmiş, mahnılar ifa etmiş, rəqslər nümayiş etdirmişlər.