Yazı bacarıqlarının yoxlanılması üçün VIII siniflər arasında esse yazdırıldı

2022/2023-cü tədris ili məktəbin " Fəaliyyət planı"na uyğun olaraq VIII sinif şagirdləri arasında yazı bacarıqlarının yoxlanılması məqsədi ilə esse yazılması həyata keçirildi. Şagirdlərə " Tarixi şəxsiyyətə məktub" başlığı altında esse yazmaq tapşırıldı. Şagirdlərin nəticələri həm onların yazı bacarıqları həm də yeniyetmə şəxsiyyətləri haqqında informasiya verəcəkdir. Bu proses onları yaxından tanımaq, araşdırılması istiqamətində faydalı vasitədir.