Yazı bacarıqları yoxlanıldı.
2022/2023-cü tədris ili məktəbin " Fəaliyyət planı"na uyğun olaraq V sinif şagirdlərində yazı bacarıqlarının yoxlanılması məqsədi ilə Beynəlxalq Ana dili gününə həsr olunmuş V sinif şagirdləri arasında imla yazı işi aparılmışdır. Məktəb rəhbərliyi tərəfindən həyata keçirilən proses şagirdlərdə yazı bacarıqlarının öyrənilməsi və inkişafına xidmət edir.