Beynəlxalq Ana dili günü qeyd olundu

21 Fevral Beynəlxalq Ana dili günüdür.1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu münasibətlə məktəbimizdə 7b sinif rəhbəri İsrafilova Maya müəllimin xüsusi təşəbbüsü nəticəsində 7b sinif şagirdlərinin iştirakı ilə yaddaqalan tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olundu. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız və qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində həyatlarını itirən soydaşlarımız bir dəqiqəlik sükutla yad olundu.Tədbirdə Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndələrindən- Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət edildi. Şagirdlərin ifasında musiqilər, şeirlər səsləndirildi, səhnəciklər oynanıldı. Məktəb rəhbərliyi, pedaqoji heyət, valideyn, şagird kollektivi tərəfindən izlənilən tədbir maraq yaratmağı bacardı.

Şagirdlərin mədəni inkişafında misilsiz xidməti olan əlamətdar günlərin qeyd olunması məktəbimiz tərəfindən qarşıya qoyulan əsas məqsədlərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi