Peşə seçimi istiqamətində diaqnostik iş
Məktəbin psixoloqları Şükürova Vəfa və Məmmədova Nərmin tərəfindən peşə yönümü istiqamətində şagirdlərin peşə seçiminə kömək etmək məqsədi ilə IX siniflər arasında " Hollandın peşə seçimi" metodikası işlənmişdir. Metodikada müxtəlif peşələri əks etdirən bəndlər qeyd olunub. Şagirdlər özlərinə uyğun hissələri qeyd edərək bəndləri cavablandırmalı idilər. Sorğunun nəticəsində şagirdlərin peşə istiqamətində meyllərini aşkarlamaq mümkün olur. Sorğu sonrası psixoloqlar tərəfindən sorğuya verilən cavabların təhlil olunması həyata keçirildi.