Ümummilli lider Heydər Əliyevə həsr olunmuş " Brain ring" intellektual yarışı

14 fevral 2023-cü il tarixdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü il Heydər Əliyev ili elan edilməsi ilə bağlı Tədbirlər Planı"nına əsasən Ümummilli lider Heydər Əliyevə həsr olunmuş 7-ci siniflərarası " Brain ring" yarışı keçirilmişdir. Yarışda məktəb rəhbərliyi və valideynlər də iştirak edirdi. Oyunda 8 komanda yarışırdı. 7-ci sinif şagirdlərindən təşkil olunmuş komandalar 2 mərhələdən ibarət oyunda coğrafiya, dünyagörüşü, tarix, məntiq və s istiqamətində müxtəlif suallara cavab verdilər. Yarışda hər komandanın aktiv iştirakı müşahidə olunurdu. Yarış əyləncəli, öyrədici, maraqlı anlarla yadda qaldı. Sonda yoldaşlıq qazandı. İştirak edən komandalar məktəb rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunacaq. Şagirdlərin inkişafı üçün faydalı olan İntellektual oyunların davamlı şəkildə keçiriləcəyi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi