Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən növbəti monitorinq keçirildi
07 fevral 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində 8 və 9-cu siniflər üzrə Monitorinq 3 təşkil olundu.Monitorinqin məqsədi 8-ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 7-8-ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarətdir.
Məktəbimizdə monitorinq prosesinə məktəb rəhbərliyi tərəfimizdən təyin olunmuş nəzarətçilər tərəfindən xüsusi şəkildə nəzarət olundu. Monitorinq məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri tərəfindən izləndi.
Monitorinq sonrası məktəbin müəllimlərinin iştirakı ilə açıq sualların yoxlanılması prosesi həyata keçirildi.